SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

Hazırda oxunan: SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu

641638

Pakistan hökuməti antihökumət nümayişləri və silahlı dəstələrin hücumları fonunda ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, AFP agentliyinin məlumatına görə, bu barədə prezident dəftərxanası rəsmi açıqlama yayıb.
 

Fövqəladə vəziyyət qərarı Konstitusiyanın təhlükəsizlik məsələlərini tənzimləyən iki maddəsinə əsasən qəbul edilib. Bu rejim federal hökumətə həmin əyalətdə geniş inzibati və idarəetmə səlahiyyətləri verir.


Xayber-Paxtunxvada hazırda həbsdə olan sabiq baş nazir İmran Xanın minlərlə tərəfdarı yürüşlər keçirərək siyasi liderlərinin dərhal azadlığa buraxılmasını tələb edir.

Qərar, eyni zamanda, regionda fəaliyyət göstərən silahlı qruplaşmaların törətdiyi hücumlar və təhlükəsizlik risklərinin kəskin artması fonunda verilib.

Federal hakimiyyət orqanlarının fövqəladə vəziyyət çərçivəsində tətbiq edəcəyi xüsusi tədbirlər və rejimin dəqiq qüvvədə olma müddəti barədə hələlik ətraflı məlumat verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO