Polşada Baş nazir və müdafiə nazirini öldürmək istəyiblər?

Polşada Baş nazir və müdafiə nazirini öldürmək istəyiblər?

Hazırda oxunan: Polşada Baş nazir və müdafiə nazirini öldürmək istəyiblər?

641632

Polşanın xüsusi xidmət orqanları Baş nazir Donald Tusk və Baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı ehtimal edilən suiqəsd planı barədə məlumatların yoxlanılmasına başlayıb.

Bizim.Media xəbər verir ki, Təhqiqata polis, Daxili Təhlükəsizlik Agentliyi (ABW) və Dövlət Mühafizə Xidməti (SOP) cəlb olunub.

Xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin mətbuat katibi Yatsək Dobjinşki (Jacek Dobrzyński) bildirib ki, nazir Tomaş Semonyaq (Tomasz Siemoniak) və daxili işlər naziri Marçin Kervinşki (Marcin Kierwiński) daxil olan təhlükə siqnalından dərhal sonra zəruri əməliyyat addımlarının atılması barədə sərəncam veriblər.
 

Daxili Təhlükəsizlik Agentliyinin qərargahında ABW, polis və Dövlət Mühafizə Xidmətinin nümayəndələrinin iştirakı ilə birgə fəaliyyət planının uzlaşdırılması məqsədilə fövqəladə görüş təşkil edilib.

 

Hələlik hüquq-mühafizə orqanları suiqəsd planının təfərrüatları, məlumatın haradan daxil olduğu və ya şübhəli şəxslərin kimliyi barədə ətraflı açıqlama verməyiblər.

Donald Tusk 2023-cü ilin dekabrından Polşa hökumətinə rəhbərlik edir, Vladislav Kosinyak-Kamış isə müdafiə naziri olmaqla yanaşı, kabinetdə Baş nazirin müavini vəzifəsini tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO