Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Hazırda oxunan: Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

641532

Səhraya buraxılan 15 vəhşi qoyun 35 il ərzində çoxalaraq təbiətin bərpasına töhfə verib.

Bizim.Media xəbər verir ki, nəsli tükənmək təhlükəsi ilə üzləşən bu heyvanlar zamanla yüzlərlə fərddən ibarət populyasiyaya çevrilib.

Məlumata görə, alimlər vəhşi qoyunları qorumaq məqsədilə onları xüsusi mühafizə ərazilərində yetişdirərək quraq bölgələrə köçürüblər. Sərt dırnaqları ilə torpağın səthini eşələyən heyvanların yağış sularının torpağa hopmasına kömək edən kiçik çökəkliklər yaratdığı qeyd olunur.
 

Bu çökəkliklərin su və nəmin toplanmasına şərait yaratması digər canlılar üçün də əlverişli mühit formalaşdırıb. Ceyranlar, səhra tülküləri, sürünənlər və köçəri quşlar üçün su mənbələrinin yaranması bölgənin biomüxtəlifliyinə müsbət təsir göstərib.

 

Bundan başqa, vəhşi qoyunların bitki toxumlarını müxtəlif ərazilərə yaydığı və torpağı üzvi maddələrlə zənginləşdirdiyi iddia edilir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO