Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

641115

Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib. Nəticədə 30 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN yazıb.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsini nəzərə alaraq, o, Kramatorsk və Slavyansk şəhər hərbi administrasiyalarına ictimai nəqliyyatın fəaliyyətini dayandırmaq barədə göstəriş verib.

Kramatorsk Şəhər Şurası daha əvvəl bildirmişdi ki, hücum zamanı avtobus sərnişin daşıyırdı. İlkin məlumatlara görə, 12 nəfər ölmüş, 13 nəfər yaralanmışdı.

Ukrayna Milli Polisi bildirib ki, Rusiya qüvvələri saat 10:00 radələrində Kramatorska UMPB D-30 SN bombası ilə zərbə endirib. Hücum zamanı şəhərin küçələrindən birində iki sərnişin avtobusu hərəkətdə olub. Nəticədə hər iki avtobus və çoxmənzilli yaşayış binası zədələnib.

Hadisə yerində istintaq-əməliyyat qrupu, həkimlər, patrul polisi, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları və digər aidiyyəti xidmətlər çalışır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO