Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Hazırda oxunan: Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO
640693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya rəsmiləri Sibirdə laboratoriya əməkdaşının taun xəstəliyindən öldüyü barədə xəbərlərdən sonra İrkutsk vilayətində xüsusi məhdudiyyətlərin tətbiq edildiyini təkzib ediblər.

Bizim.Media xəbər verir ki, Rospotrebnadzor internetdə yayılan və sanitar-epidemioloji tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan sənədin saxta olduğunu açıqlayıb.

 

28 yaşlı Darya Şipilovanın taun əleyhinə institutda işlədiyi və pnevmonik tauna yoluxaraq öldüyü barədə xəbərlər narahatlıq yaradıb. Lakin Rusiya rəsmiləri ölümündən sonra aparılan testlərdə xəstəliyin izlərinin aşkar edilmədiyini bildiriblər.


İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ölüm səbəbinin “mənşəyi müəyyən edilməmiş pnevmoniya” olduğunu açıqlayıb.

Onun sözlərinə görə, qadının iş fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər bioloji nümunələrində aşkarlanmayıb və institut əməkdaşları arasında yeni xəstəlik halı qeydə alınmayıb.

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO - foto 1
Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO