İran Xarici İşlər Nazirliyi Fransada keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı təhlükəsizlik qüvvələrinin davranışını tənqid edib və Fransa hakimiyyətini nümayişlər zamanı əsas insan hüquq və azadlıqlarına riayət etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, İrana təhlükəsizlik qüvvələrinin davranışına görə irad bildirən Fransa hakimiyyəti özü etiraz aksiyalarını “sərt şəkildə” dağıdır.
Bəqayi Fransa mediasında 2 mindən çox nümayişçinin saxlanıldığı və polis tərəfindən həddindən artıq güc tətbiq edildiyi barədə məlumatların yayıldığını bildirib. O, bu iddiaların araşdırılmasına çağırıb.
Bununla yanaşı, İran XİN nümayəndəsi etiraz iştirakçılarının da zorakılıqdan, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməkdən, dövlət və özəl əmlaka zərər vurmaqdan çəkinməli olduğunu vurğulayıb.
Bizim.Media



























































































