Ukrayna sülh danışıqları üçün ev sahibliyini təklif edən ÖLKƏLƏRİN SAYI açıqlanıb

Ukrayna sülh danışıqları üçün ev sahibliyini təklif edən ÖLKƏLƏRİN SAYI açıqlanıb

Hazırda oxunan: Ukrayna sülh danışıqları üçün ev sahibliyini təklif edən ÖLKƏLƏRİN SAYI açıqlanıb
636858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqların təşkili üçün artıq 10-dək ölkə öz platformasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə "TASS" agentliyinə mənbə məlumat verib.
 

"Belə ölkələrin sayı artıq ona yaxındır. Bura həm Avropa, həm də Asiya ölkələri, müxtəlif qitələr daxildir. Bütün tərəflərin konstruktiv qərarlara hazır olduğuna dair vahid anlayış formalaşdıqda, hansı platformanın müəyyən edildiyi elan olunacaq. Həmin məkanın tamamilə neytral olacağı dəqiqdir", — deyə mənbə bildirib.


Qeyd edilib ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Ukrayna üzrə danışıqlar üçün mümkün platformaların spektri yalnız üç ölkə ilə məhdudlaşmır. Onun sözlərinə görə, yekun qərar ölkə rəhbərliyi tərəfindən qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO