Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb.
Bizim.Media xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub.
Lakin həkimlər döş qəfəsinin rentgen müayinəsi zamanı ürək nahiyəsində şübhəli kölgə görüblər.
Əlavə müayinələr nəticəsində xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində də metal yad cisimlərin olduğu müəyyənləşdirilib.
Məlum olub ki, 36 millimetrlik iynə ürəyi əhatə edən maye kisəsini deşərək, uc hissəsi sol mədəciyin boşluğuna doğru uzanıb.
Hunan Əyalət Xalq Xəstəxanasının həkimləri iynənin ürəkdə hərəkət etməsi, toxumaların zədələnməsi və infeksiya riskinin qarşısını almaq üçün əməliyyat aparmaq qərarına gəliblər. Cərrahlar əvvəlcə ürəkdəki, daha sonra isə sidik kisəsindəki digər iynələri çıxarıblar.
İynələrin xəstənin bədəninə necə daxil olduğu dəqiq müəyyən edilməyib. Həkimlər bunun qəsdən özünə xəsarət yetirmə ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Xəstənin tibbi tarixçəsində də oxşar hadisənin olduğu üzə çıxıb. İki il əvvəl onun qarın nahiyəsindən iynəyə bənzər iki metal əşya çıxarılıb. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:39 / 15.09.2026
Ürəyində tikiş iynəsi aşkarlandı
Hazırda oxunan: Ürəyində tikiş iynəsi aşkarlandı
Hazırda oxunan: Ürəyində tikiş iynəsi aşkarlandı
636679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































