Rusiya uçuş məsafəsi 800 kilometrədək olan yeni ballistik raketin son sınaqlarına hazırlaşır. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) raketdən müdafiə layihəsinin direktoru Tom Karako yeni silahın Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, ekspertin sözlərinə görə, raket uçuşun son mərhələsində istiqamətini dəyişmək qabiliyyətinə malik olarsa, onun trayektoriyasını hesablamaq və raketi ələ keçirmək daha çətin olacaq.
Karako Rusiyanın yeni raketi daha ucuz və kütləvi istehsal etmək məqsədi ilə hazırlandığını deyib.
Ekspert həmçinin yeni raketin ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanmış Orta və Daha Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsinin (INF) qüvvədən düşməsindən sonra Rusiyanın doldurduğu silah boşluğunun bir hissəsi olduğunu qeyd edib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyada əsas raket növlərinin istehsalı aylıq plan göstəricilərinin 110–120 faizinə çatıb.
Sentyabrın 8-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski Rusiyanın ilin sonuna qədər yeni ballistik raketin yekun sınaqlarını keçirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, sınaqlar zamanı Rusiyanın Ukraynanın qərbindəki obyektləri hədəfə alacağı istisna edilmir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:05 / 15.09.2026
Rusiya Ukrayna üçün “sürpriz” hazırlayıb - Tom Karako
Hazırda oxunan: Rusiya Ukrayna üçün “sürpriz” hazırlayıb - Tom Karako
Hazırda oxunan: Rusiya Ukrayna üçün “sürpriz” hazırlayıb - Tom Karako
636671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































