İnsan ömrünün rəsmi rekordu 1997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Janna Kalmentə məxsusdur. Tədqiqatçılar arasında onun sənədlərinin həqiqiliyi ilə bağlı davam edən müzakirələrə baxmayaraq, bu rəqəm uzun illər qocalma üçün bir növ son hədd hesab olunurdu.
Adətən 100 yaşdan yuxarı insanların olduğu iddia edilən bir çox məlumat sənəd səhvlərinin və ya hətta pensiya saxtakarlığının nəticəsi ola bilər. Lakin yeni tədqiqatlar insan bədəninin imkanlarına və potensial ömrünə yeni bir baxış yaratmağa məcbur edir.
Bizim.Media “New Scientist” portalına istinadən xəbər verir ki, hüceyrələrin canlılığını qiymətləndirən əksər ənənəvi demoqrafik tədqiqatlar və modellər insan ömrünün təbii həddinin 115 ilə 150 il arasında olduğunu göstərir.
İnsan bədəninin əsl hüdudlarını müəyyən etmək üçün alimlər hipotetik bir ssenari modelləşdiriblər. Onlar gələcək tibbin qocalmanın bütün potensial olaraq geri dönə bilən səbəblərini aradan qaldırmağı öyrənəcəyini və DNT zədələnməsinin tədricən toplanması yeganə qaçılmaz amil kimi qalacağını fərziyyə irəli sürüblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:52 / 22.08.2026
Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI
Hazırda oxunan: Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI
Hazırda oxunan: Müasir insan 150 il yaşaya bilər – Alimlər yolunu TAPDI
632462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































