Fergusona ən böyük dəstək Fələstindən gəldi

Fergusona ən böyük dəstək Fələstindən gəldi

Hazırda oxunan: Fergusona ən böyük dəstək Fələstindən gəldi

63242
"Fələstin xalqı silahsız bir vəziyyətdə olduğu halda etnik mənşəyi üzündən öldürülmənin nə demək olduğunu yaxşı bilir" sözləri sosial şəbəkədə xüsusi ilə diqqət çəkir.

ABŞ-da qara dərili gənci öldürən polisin günahsız sayılmasından sonra həyata keçirlən etirazlara ölkə xaricindən də dəstək gəlməkdədir. İrqçilik əleyhinə nümayişlərdə ferqyusonlular ilə ən böyük həmrəylik fələstinlilər göstərib. ABŞ-da qara dərililərin üzləşdiyi ayrı-seçkiliyi sionist İsrail rejiminin fələstinlilərə qarşı irqçi mövqeyi ilə müqayisə edən fələstinlilər sosial mediada dəstək kampaniyası keçiriblər. Son günlərdəki baş verən proseslər nəticəsində ən çox paylaşılan mesajlardan birində aşağıdakılar qeyd olunub: "İşğal edilmiş, dağıdılmış, qana bulanmış Qəzza, Ferqyuson ilə həmrəydir. Fələstinlilərin həyatları əhəmiyyətlidir. Zəncilərin həyatları əhəmiyyətlidir. Bütün insanların həyatları əhəmiyyətli olmalıdır".

Fələstin Xalq Qurtuluş Cəbhəsi də Ferqyuson və ABŞ-da baş verən irqçi ayrı-seçkiliyi qınayaraq, zülmə qarşı müqavimətə dəstək verdiklərini açıqlayıblar. (teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO