Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Hazırda oxunan: Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO
631479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə polisi "Süleymançılar" təriqətinin lideri Alihan Kurişin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin çirkli pulların yuyulması işi üzrə istintaq çərçivəsində 200 kq külçə qızıl müsadirə edib.

Bizim.Media bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
 

Külçələr Kurişin qardaşının evində aparılan axtarış zamanı tapılıb, qızılın dəyəri 1.34 milyard lirə (təxminən 28 milyon dollar) həcmində qiymətləndirilir. Telekanal qeyd edir ki, qızılın mənşəyi hələlik məlum deyil.


Həmçinin bildirilir ki, avqustun 13-də iş üzrə saxlanılan 38 nəfər təqsirləndirilən şəxsdən təriqət lideri də daxil olmaqla, 32-si məhkəmənin qərarı ilə həbs edilib. Altı nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi daha əvvəl bildirmişdi ki, Ankara prokurorluğu istintaq çərçivəsində 43 nəfərin saxlanılması üçün order verib.

Axtarışa verilənlərin bir hissəsi xaricdədir. Həmçinin təriqətin nəzarətində olan şirkətlərə xarici idarəçilərin təyin edildiyi bildirilirdi.

Qeyd edək ki, "Süleymançılar" Türkiyənin nüfuzlu dini təriqətidir. Keçən əsrin ortalarında yaradılıb, ölkədə və xaricdə əhəmiyyətli maliyyə resurslarına, eləcə də Quran kurslarına malikdir.

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO