İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

Hazırda oxunan: İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

631478

İran parlamenti xarici media və təşkilatlarla əlaqələrə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, layihəyə əsasən, ABŞ və İsrail mediasına, eləcə də bu ölkələr tərəfindən maliyyələşdirilən nəşrlərə müsahibə vermək və onlarla müzakirə aparmaq qadağan edilə bilər.

Qaydanı pozanları 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.
 

Digər xarici KİV-lərə müsahibə verilməsi barədə isə hakimiyyətə əvvəlcədən məlumat vermək tələb olunacaq. Xarici səfirliklər və təşkilatlarla əlaqələrə, əcnəbilərə məlumat ötürülməsinə və xarici qurumlarla elmi əməkdaşlığa da məhdudiyyətlər tətbiq ediləcək.


Qanun layihəsi hələ İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO