Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Hazırda oxunan: Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

631297

San-Fransiskoda yerləşən Andon Market mağazasının idarə edilməsinə həvalə olunan Claude süni intellekt modeli işçilərdən birinin işdən azad edilməsinə qərar verib.

Bizim.Media xəbər verir ki, “Time” jurnalının yazdığına görə, bu süni intellektin işdən çıxarılma barədə qərar verdiyi ilk məlum hadisədir.

Mağaza real şəraitdə avtonom süni intellekt agentlərini sınaqdan keçirən İsveç startapı Andon Labs-a məxsusdur. İşçi 23 növbədən 17-nə gecikdiyi üçün işdən çıxarılıb.

Lakin Claude əvvəlcə bu barədə qərar verməyə tələsməyib. Məhdud yaddaş imkanları səbəbindən süni intellekt daha əvvəl hazırladığı daxili qaydaları “unudub” və işçinin davamlı gecikmələrinə lazımi diqqət yetirməyib. Hətta digər əməkdaşlardan birinin sözlərinə görə, Claude gecikmələrə görə işçiləri narahat olmamağa çağırıb.
 

Daha sonra layihənin kuratoru Claude-dan işçinin davamiyyət tarixçəsini yoxlamağı istəyib. Süni intellekt əvvəlcə yalnız rəsmi xəbərdarlıq etməyi təklif edib. Kurator isə işçinin davamlı gecikmələrini və növbələr zamanı problemlər yaşandığını xatırladaraq onun bu vəzifəyə uyğun olub-olmadığını yenidən düşünməsini istəyib. Bundan sonra Claude işçini işdən çıxarmaq qərarına gəlib.


Bu arada, mağazanın maliyyə vəziyyəti də yaxşı deyil. Layihə mart ayında başlayanda Andon Market-in bank hesabında 100 min dollar olub. Beş ay sonra isə bu məbləğ 61 min dollara düşüb.

Andon Labs-ın rəhbəri Lukas Petersson hesab edir ki, gələcəkdə süni intellekt modelləri biznes qərarlarında daha sərt və məqsədyönlü ola bilər.

O xəbərdarlıq edib ki, insanları işdən çıxarmaq səlahiyyətinə malik daha sərt AI sistemlərinin ortaya çıxması insanların yaşamaq istəməyəcəyi bir gələcəyə gətirib çıxara bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO