Özü qolf oynadı, raketlər onu qorudu – Video

Özü qolf oynadı, raketlər onu qorudu – Video

Hazırda oxunan: Özü qolf oynadı, raketlər onu qorudu – Video

630456

ABŞ Prezidenti Donald Trampın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nyu-Cersidəki Bedminster qolf klubuna “AN/TWQ-1 Avenger” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Tramp qolf oynadığı zaman arxa planda “Avenger” kompleksləri və tikanlı məftillər görünür. Ağ Ev görüntülərin həqiqiliyini təsdiqləyib.

Məlumata görə, sistemlər ABŞ Məxfi Xidmətinin prezidentin mühafizəsinə dəstək məqsədilə cəlb olunub. “Avenger” kompleksləri “Stinger” raketləri ilə təchiz olunub və xüsusilə pilotsuz uçuş aparatları da daxil olmaqla hava təhdidlərinə qarşı istifadə edilir.

Trampın ötən həftəsonu Bedminsterdə olduğu vaxt uçuş məhdudiyyəti zonasına daxil olan iki mülki təyyarə NORAD-a məxsus F-16 qırıcıları tərəfindən ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, Ağ Evin daha əvvəl yaydığı görüntülərdə də Bedminsterdə “Avenger” sistemlərindən birinin hərbçilərin arxasında göründüyü diqqət çəkmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO