Rusiya ordusu Ukraynada uşaqları daşıyan avtobusu hədəfə aldı - FOTO

Rusiya ordusu Ukraynada uşaqları daşıyan avtobusu hədəfə aldı - FOTO

Hazırda oxunan: Rusiya ordusu Ukraynada uşaqları daşıyan avtobusu hədəfə aldı - FOTO

630166

Ukraynanın bir sıra bölgələrinə endirilən təkrar zərbələr zamanı Rusiya qüvvələri xilasediciləri və uşaqları daşıyan avtobusu da vurub.

Bizim.Media xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Zaporojye vilayətində təkrar hücum zamanı yanğınsöndürən-xilasedici Oleksandr Prodan həlak olub. Daha iki DİN əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Odessa vilayətində zərbə dalğası 12 uşağın olduğu avtobusa ziyan vurub. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb, yalnız bir uşaq yüngül sıyrıqlar alıb.
 

Xarkovda atəşə tutulmadan sonra polis və xilasedicilər zərər görmüş binanın sakinlərini təxliyə edib. Xilas edilənlər arasında körpəsi olan ailə və əlil arabasında olan bir kişi də var. Məlumata görə, şəhərdə təxminən 40 nəfər yaralanıb.


Çerniqov vilayətinin Semenovskaya icmasında isə Rusiya PUA-sı mağazanın yaxınlığına düşüb. Polis üç yaralını xəstəxanaya çatdırıb.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO