Yeni Zelandiyanın Northland bölgəsində biomüxtəliflik üçün ciddi təhlükə yaradan və mühafizə əməkdaşlarının “9 canlı” adlandırdığı vəhşi pişik üç il davam edən axtarışdan sonra tutulub.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, mühafizə olunan növlərin “kabusu”na çevrilən yırtıcı onlarla uğursuz əməliyyatdan və əraziyə yerləşdirilən xüsusi texniki qurğulardan dəfələrlə yayınmağı bacarıb.
Müəyyən edilib ki, pişik qorunan bir çox heyvan növlərinə ciddi zərər vurub.
Pişiyi tutmaq üçün müxtəlif yemlərdən istifadə edilib.
Yeni Zelandiya Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları pişiyi tutmaq üçün genişmiqyaslı əməliyyat həyata
keçiriblər.
Ərazinin əsas keçid nöqtələrinə hərəkət sensorlu kameralar yerləşdirilib, müxtəlif yerlərdə canlı heyvanların tutulması üçün qəfəslər qurulub. Pişiyi tələyə cəlb etmək üçün balıq, qızardılmış toyuq və təzə dovşan əti də daxil olmaqla müxtəlif yemlərdən istifadə olunub. Heyvanın son dövrlərdə daş karxanasının yaxınlığında daha çox göründüyü müəyyənləşdirildikdən sonra tələlərin yeri də dəyişdirilib.
Nəhayət, kameralardan gələn xəbərdarlıq nəticəsində pişiyin qəfəsə girdiyi müəyyən edilib.
Əraziyə gələn mühafizə əməkdaşları heyvanı invaziv (təhlükəli) növlərlə mübarizə qaydalarına uyğun şəkildə zərərsizləşdiriblər.
Mütəxəssislərin fikrincə, vəhşi pişiklər Yeni Zelandiyada uça bilməyən həssas quş növlərinin sayının azalmasının və yerli ekosistemin pozulmasının əsas səbəblərindən biridir.
Üç il ərzində çoxsaylı nadir heyvanları ovladığı müəyyən edilən pişiyin tutulması bölgədəki vəhşi təbiətin qorunması baxımından mühüm hadisə hesab olunur.
Mütəxəssislər indi pişiyin mədəsinin tərkibini araşdıraraq onun hansı növlərlə qidalandığını müəyyənləşdirməyi planlaşdırırlar.
Araşdırmadan sonra heyvanın dərisi doldurulacaq və təbiətin mühafizəsi üzrə təlim mərkəzlərində nümayiş etdiriləcək. Onun invaziv növlərin ekosistemə vura biləcəyi zərəri göstərən nümunə kimi istifadə olunacağı bildirilir.

Bizim.Media

- A-
- A
- A+
Dünya
09:58 / 08.08.2026
3 ildir axtarılan “9 canlı” pişik nəhayət tutuldu – FOTO
Hazırda oxunan: 3 ildir axtarılan “9 canlı” pişik nəhayət tutuldu – FOTO
Hazırda oxunan: 3 ildir axtarılan “9 canlı” pişik nəhayət tutuldu – FOTO
629943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































