Yeni il tətili 11 gün olacaq

Yeni il tətili 11 gün olacaq

Hazırda oxunan: Yeni il tətili 11 gün olacaq
629044
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya hökuməti 2027-ci il üçün iş təqviminin layihəsini açıqlayıb. Layihəyə əsasən, ölkədə Yeni il münasibətilə rəsmi tətil 31 dekabr 2026-cı ildən başlayaraq 10 yanvar 2027-ci ilədək, ümumilikdə 11 gün davam edəcək.

Bizim.Media xəbər verir ki, hökumətin təqdim etdiyi layihəyə görə, Yeni il tətili 31 dekabr 2026-cı il tarixində başlayacaq və 10 yanvar 2027-ci il tarixinədək davam edəcək. Beləliklə, Rusiya vətəndaşları ardıcıl 11 gün istirahət etmək imkanı əldə edəcəklər.
 

Sənəddə hər il 31 dekabrın daimi rəsmi tətil günü elan olunmasını nəzərdə tutan hər hansı dəyişiklik yer almayıb. Rusiya rəsmiləri bildiriblər ki, hazırkı mərhələdə bu məsələ ilə bağlı əlavə qanunvericilik təşəbbüsü planlaşdırılmır.


Bununla yanaşı, Rusiya parlamentinə yeni qanun layihəsi təqdim edilib. Layihədə 1 sentyabrın – yeni tədris ilinin başladığı günün – rəsmi tətil elan edilməsi təklif olunur.

Qanun qəbul olunacağı təqdirdə, Rusiyanın rəsmi bayram və tətil günlərinin siyahısına daha bir istirahət günü əlavə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO