Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

Hazırda oxunan: Tramp İrana planlaşdırdığı hücumu dayandırdı: “Bunu məndən xahiş etdilər”

628810

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp İrana planlaşdırdığı hücumu ləğv etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə o, “Truth” sosial media hesabında yazıb.

Donald Tramp bildirib ki, ABŞ ən güclü səviyyədə İrana qarşı hücuma hazır vəziyyətdədir. 

“Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri razılaşma olduğu üçün bizdən hücumu dayandırmağımızı istədilər. Buraya Hörmüz boğazının dərhal və tam açılması, həmçinin İranın nüvə təhdidinə son qoyulması daxildir. Dünyanın gələcəyinin xeyrinə və eyni zamanda, uğurlu və çiçəklənən İran üçün tez bir zamanda razılaşma əldə etmək şərti ilə hücumu ləğv etməyə razı oldum. İsrail də bu öhdəliyə qoşulur”, - deyə ABŞ Prezidenti əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO