Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Hazırda oxunan: Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

627650

Çindən olan iki gənc alim yüz ildən çox əvvəl formalaşdırılmış mürəkkəb riyazi məsələlərin həllinə nail olublar.

Bizim.Media xəbər verir ki, Pekin Universitetinin iki məzunu bu həftə riyaziyyat üzrə ən nüfuzlu mükafatlardan biri sayılan Filds medalı ilə təltif olunub.

Bu hadisə Çində gənc və yüksək ixtisaslı alimlərin dünya elminə çıxışının artmasının nümunəsi kimi qiymətləndirilir.

Beynəlxalq Riyaziyyatçılar Konqresi bildirib ki, Van Hun və Den Yu 40 yaşadək riyaziyyatçılar üçün verilən ən yüksək mükafata layiq görülüblər.

 

Bu, Çin vətəndaşlarının riyaziyyatın “Nobel mükafatı” adlandırılan Filds medalını ilk dəfə qazanmasıdır. Onlar mükafatı ABŞ-dan Con Pardon və Kanadadan Ceykob Zimmermanla bölüşüblər.

 

Van Hun həmkarı Coş Zal ilə birlikdə yapon riyaziyyatçısı Soiçi Kakeya tərəfindən 1917-ci ildə irəli sürülən məşhur “Kakeya iynəsi” problemini araşdırıb.

Məsələ belə idi: bir iynəni tam dövr edəcək şəkildə fırlatdıqda, onun hərəkəti zamanı əhatə etdiyi ən kiçik sahə nə qədər ola bilər?

Alimlər bu problemi iynənin ikiölçülü deyil, üçölçülü məkanda yerləşdiyi fərziyyəsi əsasında təhlil ediblər. Araşdırmanın nəticələri ötən il dərc olunub.

“Bu fərziyyə insanları ona görə cəlb edir ki, belə hadisələr müxtəlif elm sahələrindəki məsələlərdə təbii şəkildə qarşıya çıxır”, – deyə Van Hun AFP-yə bildirib.

Çikaqo Universitetinin 37 yaşlı professoru Den Yu isə 1900-cü ildə alman riyaziyyatçısı David Hilbert tərəfindən irəli sürülən altıncı Hilbert probleminin həllinə görə Filds medalına layiq görülüb.

Bu problem ayrı-ayrı hissəciklərin hərəkətindən bütöv sistemlərin davranışını necə hesablamaq sualına cavab axtarırdı. Den Yu qazların hərəkətini öyrənərək bu yüzillik riyazi problemin həllinə nail olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO