Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Hazırda oxunan: Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

623295

Afrikadan Fransaya gəldikdən sonra Ebola qızdırması testi müsbət çıxan səhiyyə işçisi xəstəxanadan evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "BFMTV" telekanalı respublikanın səhiyyə naziri Stefani Ristə istinadən məlumat yayıb.
 

"Onda yalnız yüngül simptomların müşahidə olunmasına baxmayaraq, o, tibbi müşahidə və ciddi nəzarət altında saxlanılıb və sağlam şəkildə evinə qayıda bilib", - deyə respublika Səhiyyə Nazirliyinin rəhbərinin bəyanatında bildirilib.


İyunun sonunda Fransada ölkədə ilk Ebola virusuna yoluxma halı aşkar edilmişdi. Xəstələnən şəxsin Konqo Demokratik Respublikasından (DKR) qayıdan humanitar təşkilatın həkimi olduğu məlum olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO