
- A-
- A
- A+
Tramp Putinlə fotosunu “Mənim dostum” sözləri ilə paylaşdı
ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə əl sıxarkən çəkilmiş birgə fotosunu “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Bizim.Media xəbər verir ki, o, şəklin üzərinə “Mənim dostum” (My Friend) sözlərini yazıb.
Qeyd edək ki, Tramp bu ifadəni noyabrın 19-da Çinin Şençjen şəhərində Putinlə görüşü zamanı səsləndirmişdi.
Görüş otağına daxil olarkən Rusiya prezidentini görən Tramp əvvəlcə zarafatla “Bu kimdir?” deyə soruşub, ardınca Putini göstərərək “O, mənim dostumdur!” söyləyib. Daha sonra iki lider əl sıxaraq salamlaşıblar.
Tramp noyabrın 21-də Çinə səfəri çərçivəsində keçirilən görüşlərdən çəkilmiş çoxsaylı fotoları da sosial şəbəkədə yayımlayıb. Onların arasında Çin Prezidenti Si Cinpin və Putinlə birgə çəkilmiş şəkillər də var.
Xatırladaq ki, noyabrın 19-da Şençjendə Donald Tramp, Vladimir Putin və Si Cinpinin üçtərəfli görüşü keçirilib. Liderlər beynəlxalq təhlükəsizlik, nüvə silahlarının azaldılması və digər qlobal məsələləri müzakirə ediblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































