Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Hazırda oxunan: Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi
622517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuelada baş verən son zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1900 nəfəri ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Milli Assambleyasının (parlamentin) sədri Xorxe Rodriqes məlumat verib.

"Hazırkı statistik məlumatlara görə, 1943 nəfər həlak olub, 10 571 nəfər xəsarət alıb. Zərərçəkənlərin ümumi sayı isə 28 380 nəfər təşkil edir", — deyə o, Venesuela televiziyasının canlı yayımında bildirib.

Ötən gün Rodriqes qeyd etmişdi ki, təxminən 900 bina zədələnib, onlardan 189-u tamamilə dağılıb, 650-dən çoxu isə qismən uçub.
 

Bununla belə, NASA-nın peyk görüntülərinə əsaslanan qiymətləndirmələrinə görə, təxminən 59 min tikili bu və ya digər dərəcədə zərər görə bilər.


Xatırladaq ki, Venesuelada iyunun 25-nə keçən gecə 7.2, 7.5 və 4.5 maqnitudalı zəlzələlər baş verib. Fəlakətdən ən çox ölkənin şimalındakı La Quayra ştatı zərər çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO