Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

622407

Ukrayna Silahlı Qüvvələri iyunun 30-na keçən gecə Moskva regionuna pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbələr endirib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücumda azı 60 dron iştirak edib. PUA-lar Domodedovo, Çexov, Yeqoryevsk, Kaşira, Voskresensk, Pavlovski Posad, Odintsovo, Bronnitsı, Ramenskoye, Stupino, Kolomna və Dubna səmasında zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, Ukraynanın "Supernova" monitorinq kanalı Dubna şəhərində Rusiyanın ən böyük kosmik rabitə mərkəzinin (KRM) təkrar hücuma məruz qaldığını bildirib.

Kanal hadisə şahidlərinin Dubna çayının sahilindən çəkdiyi görüntüləri yayıb. Fotolarda sözügedən rabitə mərkəzinin yerləşdiyi istiqamətdən qara tüstü dumanının yüksəldiyi əks olunub. İddiaya görə, zərbə nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qubernator Vorobyov Dubnaya PUA düşməsini təsdiqləsə də, şəhərdə yalnız bir "inzibati binanın" qəlpələrdən zədələndiyini və xəsarət alanın olmadığını iddia edib.

Qeyd edək ki, "Dubna" kosmik rabitə mərkəzi bundan əvvəl iyunun 22-də də Ukrayna ordusunun hədəfinə çevrilmişdi. O zaman obyektin əsas struktur qurumu olan "Kosmik rabitə" müəssisəsi kütləvi dron hücumunu təsdiqləsə də, televiziya yayımı və rabitə sistemlərinin fəaliyyətinin pozulmadığını bəyan etmişdi. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, həmin hücum zamanı mərkəzin 32 metrlik "MARK-IV" antenasının aparat-modul kompleksi və bir neçə korpusu ciddi ziyan görmüşdü.
 

"Dubna" kosmik rabitə mərkəzi Rusiya dövlət qurumları və kommersiya operatorları üçün televiziya yayımı, məlumatların ötürülməsi, həmçinin peyk qruplaşmaları ilə qarşılıqlı əlaqəni təmin edir. Obyekt Rusiyanın kritik informasiya infrastrukturu sisteminə daxildir.


Bundan başqa, iyunun 24-nə keçən gecə Ukrayna PUA-ları Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən "Vladimir" kosmik rabitə mərkəzini də vurmuşdu. Ukrayna Müdafiə Qüvvələrinin Baş Qərargahı həmin kompleksin iki binasının zədələndiyini və yanğın baş verdiyini açıqlamışdı. Bu mərkəzlər birbaşa Rusiya güc strukturlarının maraqları üçün peyk və uzaq kosmik rabitə sistemlərinin işini təmin edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO