Dəhşətli hadisə: Nəhəng qaya parçası avtomobilin qarşısına aşdı – ANBAAN VİDEO

Dəhşətli hadisə: Nəhəng qaya parçası avtomobilin qarşısına aşdı – ANBAAN VİDEO

Hazırda oxunan: Dəhşətli hadisə: Nəhəng qaya parçası avtomobilin qarşısına aşdı – ANBAAN VİDEO

620984

Dağıstanda dağlıq magistral yolda hərəkətdə olan avtomobilin bir neçə saniyəlik məsafə ilə faciədən xilas olduğu dəhşətli hadisə baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Vremennıy qəsəbəsi – Axulqo marşrutu üzrə hərəkət edən avtomobil yolunda qeydə alınıb.
 

"Dağıstanavtodor" dövlət qurumunun yaydığı məlumata görə, dağdan qopan nəhəng qaya parçaları böyük sürətlə dərəyə doğru yuvarlanaraq yol kənarındakı qoruyucu çəpərləri parça-parça edib və magistralın hərəkət hissəsinə tökülüb. Hadisə birbaşa yoldan keçən nəqliyyat vasitəsinin kamerasına anbaan düşüb.


Daş uçqununun davam etməsi və təkrar uçqun riski səbəbindən hazırda sözügedən magistralda hərəkət tamamilə bağlanıb.

Ərazidə təhlükə hələ də sovuşmadığı üçün yolun təmizlənməsi və zavalın qaldırılması istiqamətində başladılan işlər müvəqqəti olaraq dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO