Amerikalı yazıçı və jurnalist Maykl Vulff "Inside Trump’s Head" adlı podkastında 80 yaşlı ABŞ Prezidenti Donald Trampın şəxsi həyatı ilə bağlı bəzi iddialar səsləndirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, dünyanın ən güclü adamı statusuna baxmayaraq, Tramp uzun illərdir tamamilə tənha bir fiqurdur və onun birinci xanım Melaniya Tramp ilə heç bir normal ailə həyatı yoxdur.
Vulff cütlüyün hələ birinci prezidentlik dövründən fərqli otaqlarda yatdığını bildirib.
Yazıçı qeyd edib ki, hazırda Ağ Evdə Trampın ən yaxın ətrafında yalnız peşəkar işçilər və köməkçilər yer alır. İddialara cavab verən Ağ Evin kommunikasiya direktoru Stiven Çunq isə Maykl Vulffu yalançılıqda ittiham edərək, bu fikirlərin onun uydurması olduğunu bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 18.06.2026
Amerikalı yazıçıdan Trampın şəxsi həyatı ilə bağlı bəzi İDDİALAR
Hazırda oxunan: Amerikalı yazıçıdan Trampın şəxsi həyatı ilə bağlı bəzi İDDİALAR
Hazırda oxunan: Amerikalı yazıçıdan Trampın şəxsi həyatı ilə bağlı bəzi İDDİALAR
619986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































