Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Hazırda oxunan: Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

619838

İyunun 20-dən etibarən Moskva şəhəri və ətraf bir neçə vilayətin üzərində yüngül və çox yüngül təyyarələrin, həmçinin mülki pilotsuz uçuş aparatlarının (PUA) 5200 metrədək hündürlükdə uçuşlarına məhdudiyyət qoyulacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, tətbiq edilən qadağalar dövlət və eksperimental aviasiyaya, eləcə də müntəzəm və çarter sərnişin reyslərinə şamil olunmayacaq.

Məhdudiyyətlərin hava məkanında təhlükəsizliyin təmin edilməsi və nizamın qorunması məqsədilə tətbiq edildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO