“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib – FOTO

“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib – FOTO

Hazırda oxunan: “Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib – FOTO

619861

Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bu dəfə milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalının təşkil edilməsinə dəstək verib.

Bizim.Media xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib.

Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər.

Elm və Təhsil Nazirliyinin elan etdiyi "Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil" layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələr həyata keçirən “Azərsun Holdinq” 2026-cı il ərzində Azərbaycan dilinə dəstək istiqamətini prioritet elan edib və bu istiqamətdə müxtəlif müsabiqə və layihələr reallaşdırır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO