Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Hazırda oxunan: Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

619825

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla əldə olunan razılaşma olmasaydı, dünyanı "qlobal depressiya" gözləyirdi.

Bizim.Media xəbər verir ki, Evian şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl jurnalistlərə açıqlama verən Tramp məsələni belə şərh edib: "Alternativ dünya depressiyası olardı... Hörmüz boğazı heç vaxt açılmayacaqdı".

Qeyd edək ki, iyun ayında ABŞ və İran Hörmüz boğazının blokadadan çıxarılmasını nəzərdə tutan memorandumun hazırlanmasını tamamladıqlarını təsdiqləyiblər.

Sənədin iyunun 19-da İsveçrədə imzalanması gözlənilir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər saziş imzalandıqdan sonra 60 gün ərzində yekun razılaşmanın şərtlərini hazırlamaq üçün danışıqlar aparmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO