Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Hazırda oxunan: Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

619830

Əməkdar artist Nigar Şabanova canlı efirdə səhhəti ilə bağlı səmimi etiraflar edib.

Bizim.Media xəbər verir ki, xanənədə ağır bir dövr keçirdiyini bildirərək, bir müddət hərəkət qabiliyyətində ciddi problemlər yaşadığını açıqlayıb.

Onun sözlərinə görə, ayağının biri üç ay ərzində demək olar ki, işləməyib, bir ay isə yataq rejimində qalmağa məcbur olub.
 

Sənətçi qeyd edib ki, bu müddətdə əməliyyat keçirib, fizioterapiya prosedurlarına qatılıb və uzun müddət bərpa prosesi yaşayıb. Sənətçi iki aya yaxın müddətdə vəziyyətinin yaxşılaşmadığını da vurğulayıb.


Əməkdar artist həmin günlərin ona həyatda bir çox həqiqətləri göstərdiyini deyib. O bildirib ki, çətin dönəmdə insanların əsl simasını daha yaxşı tanımaq mümkün olur. Psixoloji baxımdan toparlanmaqda çətinlik çəkdiyini etiraf edən sənətçi bir müddət heç nəyə həvəsinin qalmadığını söyləyib.

Şabanova əlavə edib ki, həmin vaxtlarda başqa sahə üzrə təhsil alsaydı, hər şeyini sataraq başqa ölkədə yaşamağı belə düşünüb.

Bununla belə, sənətini çox sevdiyini və bu peşə uğrunda böyük fədakarlıqlar etdiyini vurğulayıb.

Sənətçi hazırda səhhətinin yaxşı olduğunu və özünü daha yaxşı hiss etdiyini bildirərək, buna görə şükür etdiyini qeyd edib. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO