Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Hazırda oxunan: Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

619765

Məcburi psixiatriya müalicəsi alan şəxslər digər pasiyentlərdən ayrı saxlanılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.
 
Bundan əlavə, məcburi hospitallaşdırılan şəxslərlə bağlı təhlükəsizlik qaydaları müəyyən ediləcək.

Layihəyə əsasən, məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özünə və ya digər şəxslərə təhlükə yarada biləcək hərəkətlərinin qarşısının alınması üçün psixiatriya müəssisələrində xüsusi rejim qaydaları və təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

Qaydaların tətbiq hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
 
Eyni zamanda, məcburi psixiatriya stasionarına yerləşdirmə zamanı məlumatlandırma tələbi tətbiq ediləcək.

Layihəyə əsasən, psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
 
Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO