Azərbaycanın Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Bizim.Media xəbər verir ki, sənətkar bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram", - Xalq artisti qeyd edib.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:45 / 17.06.2026
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO
Hazırda oxunan: Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO
Hazırda oxunan: Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO
619848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































