Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Hazırda oxunan: Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

619834

Rusiyanın "NTV" telekanalında yayımlanan proqramların birində xarici həbsxanalarda olan Rusiya vətəndaşlarını geri qaytarmaq üçün ölkəyə gələn amerikalı reperlərdən istifadə edilməsi təklif olunub.

Bizim.Media xəbər verir ki, proqramda çıxış edən şəxs son zamanlar Rusiyaya çoxlu sayda reperin gəldiyini və onların əksəriyyətinin "ABŞ-dən olan qaradərili şəxslər" olduğunu bildirib.

O, irqçi bir ümumiləşdirmə apararaq, "Onların hamısı qadağan olunmuş maddələr qəbul edir.

Qaradərili reperlər hər zaman maddə istifadəçisidirlər" iddiasını irəli sürüb.

Çıxışçı bu vəziyyətdən sui-istifadə etməyi təklif edərək, sözügedən sənətçilərin üzərinə və ya əşyalarının arasına "bir az" narkotik vasitə atılmasını məsləhət görüb. Onun fikrincə, bu yolla sənətçiləri həbs etmək və daha sonra onları xarici ölkələrdə məhbus həyatı yaşayan rusiyalılarla mübadilə etmək üçün "mübadilə fondu" yaratmaq mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO