Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO

Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO

Hazırda oxunan: Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO
619418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Osmaniyə vilayətinin Düziçi rayonunda təsərrüfatla məşğul olan fermer Əbdürrəhman Keləş 7 il əvvəl əkdiyi "Orange Ruby" sortlu ərik ağaclarının hər birindən 250-300 kiloqram məhsul əldə etdiyini açıqlayıb.

Bizim.Media İHA-ya istinadla xəbər verir ki, Əksər meyvə ağaclarından fərqli olaraq, bu tinglər əkildikdən cəmi bir il sonra bar verməyə başlayıb və son 6 ildir kəsilmədən hər mövsüm müntəzəm məhsul götürülüb.
 

Hazırda 7 yaşına çatan ağacların tam məhsuldarlıq dövrünə qədəm qoyduğunu deyən fermer, builki bol yağıntıların da bağa müsbət təsir etdiyini və məhsuldarılğın əla səviyyədə olduğunu qeyd edib.


"Orange Ruby" əriyinin həm topdan, həm də pərakəndə satış bazarının çox aktiv olduğunu vurğulayan Keləş, xarici alıcıların və ixracatçı şirkətlərin məhsulu hələ bağdaykən birbaşa yerindəcə satın almaq istədiklərini bildirib.

Tezyetişən xüsusiyyəti ilə seçilən və yüksək gəlir potensialı olan bu ərik növü qısa müddətdə regionun digər təsərrüfatlarında da sürətlə yayılmağa başlayıb.

Rayondakı digər istehsalçılar da artıq geniş sahələrdə bu növün əkininə üstünlük verirlər.

Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO - foto 1
Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO - foto 2


Yeddi il əvvəl əkməyə başladı - İndi hər ağacdan 300 kq məhsul götürür – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO