Peyğəmbərin saçı Kadırova hədiyyə edildi

Peyğəmbərin saçı Kadırova hədiyyə edildi

Hazırda oxunan: Peyğəmbərin saçı Kadırova hədiyyə edildi

61895
Məhəmməd peyğəmbərə (s.ə.s) aid əşyalar Çeçenistana gətirilib. Bunların içərisidə iki kasa və saç tükü var. Adıçəkilən əşyalar xüsusi reyslə Özbəkistandan Çeçenistana aparılıb.

Məlumata görə, peyğəmbərin tükü və kasa İslam dininin möhkəmlənməsi istiqamətindəki xidmətlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırova hədiyyə olunub.

Qeyd edək ki, ötən il Çeçenistanda Məhəmməd peyğəmbərə məxsus əşyaların qorunduğu dünyada ilk muzey fəaliyyətə başlayıb. Adıçəkilən əşyalar da məhz burda nümayişə çıxarılacaq. 

Kasalar və peyğəmbərin tükü XIX əsrin əvvəllərində Türkiyə sultanı tərəfindən Kokand xanına hədiyyə olunub. 

2012-ci ildə Birləşmiş Ərəb Əmirliyinin şeyxi Əhməd bin Məhəmməd Kadırovu müqəddəs əşyaların qoruyucusu adlandırıb. O, deyib ki, bundan sonra Məhəmməd peyğəmbərə aid (s.ə.s) əşyalar Əbu Dabidən Kadırovun razılığı ilə çıxarıla bilər. 

2011-ci ildə İngiltərə iki kasa və peyğəmbərin məzarının üstündə olan iki xalını Çeçenistana vermişdi. (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO