“Ford” ABŞ-dəki 420 min avtomobilini GERİ ÇAĞIRIR

“Ford” ABŞ-dəki 420 min avtomobilini GERİ ÇAĞIRIR

Hazırda oxunan: “Ford” ABŞ-dəki 420 min avtomobilini GERİ ÇAĞIRIR

617072

ABŞ-nin avtomobil istehsalçısı "Ford Motor" təhlükəsizlik kəmərindəki qüsur səbəbindən təxminən 420 min avtomobili geri çağırır.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Geriçağırılma 2018-2022-ci il istehsalı olan "Ford Expedition" və "Lincoln Navigator" modellərinə şamil edilir.
 

Bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərlərinin gəriciləri kəməri öz-özünə bloklaya bilər ki, bu da onun lazımi qaydada uzanmasına və ya geri yığılmasına mane olur. Nəticədə qəza zamanı xəsarət alma riskini artırır.


Odur ki, diler mərkəzlərinin əməkdaşları geri çağırılan avtomobilləri yoxlayacaq və nasaz kəmərləri əvəzləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO