Merts Almaniyanın ən yaxşı illərinin hələ qabaqda olduğunu söylədi

Merts Almaniyanın ən yaxşı illərinin hələ qabaqda olduğunu söylədi

Hazırda oxunan: Merts Almaniyanın ən yaxşı illərinin hələ qabaqda olduğunu söylədi

616804

Almaniya kansleri Fridrix Merts ölkənin hazırkı iqtisadi çətinliklərinə baxmayaraq, ölkənin qarşıda "çox yaxşı illərinin" olduğuna əminliyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Brandunburqda keçirilən Şərqi Almaniya İqtisadi Forumunda çıxış edərkən deyib.

Merts Federativ Almaniya Respublikasının gələcəyi ilə bağlı bədbinlik və qaranlıq proqnozlar üçün heç bir səbəb görmədiyini bildirib.
 

"Ölkəmizin ən yaxşı dövrləri geridə qalmayıb. Bizi – həm şərqi, həm qərbi Almaniyada, bütövlükdə Almaniya Federativ Respublikasında və Avropada çox yaxşı illər gözləyir", - kansler vurğulayıb.


O, həmçinin siyasi qüvvələri partiyalararası ixtilaflardan imtina etməyə və ölkənin, eləcə də Avropanın gələcəyi naminə birgə fəaliyyətə diqqət ayırmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO