Sevgi mahnıları oxuyan müğənni sevgilisinixa0ÖLDÜRDÜ

Sevgi mahnıları oxuyan müğənni sevgilisinixa0ÖLDÜRDÜ

Hazırda oxunan: Sevgi mahnıları oxuyan müğənni sevgilisinixa0ÖLDÜRDÜ

615735

Özbəkistanlı müğənni Dilmurod Daliyev qətldə şübhəli bilinərək həbs edilib.

Bu barədə Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Verilən xəbərə görə, hadisə martın 23-də saat 01:55 radələrində baş verib. Riştan bölgəsində yaşayan 36 yaşlı müğənni birgə yaşadığı 31 yaşlı qadınla dava edib. Mübahisə zamanı o, mətbəx bıçağını götürərək qadına bir neçə zərbə vurub. Hadisə nəticəsində zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri, həyati təhlükə daşıyan bədən xəsarətləri alıb və öz evində, hadisə yerində ölüb.

Hazırda faktla bağlı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə iş başlanıb. İstintaq öncəsi yoxlama və hadisənin təfərrüatlarının öyrənilməsi davam edir.

Mətbuatda Dilmurod Daliyevin repertuarında əsasən sevgi mahnıları olduğu bildirilir. Müğənni son illər fəal şəkildə mahnı və kliplər yayımlayır.//Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO