Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Hazırda oxunan: Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

615693

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.
 

İşıqlandırma mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.


Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO