Zelenski: " Rusiyanın daha bir Neft Emalı Zavodu məhv edildi” - VİDEO

Zelenski: " Rusiyanın daha bir Neft Emalı Zavodu məhv edildi” - VİDEO

Hazırda oxunan: Zelenski: " Rusiyanın daha bir Neft Emalı Zavodu məhv edildi” - VİDEO

614576

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna sərhədindən 800 kilometrdən çox məsafədə, Rusiyanın daxilində yerləşən Syzran Neft Emalı Zavoduna (NEZ) pilotsuz uçuş aparatları ilə uğurlu zərbə endirildiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi açıqlama yayıb:

"Rusiya neft emalına qarşı daha bir uzaq mənzilli sanksiyamız uğurla icra olundu və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bu dəfə hədəf sərhədimizdən 800 kilometrdən çox məsafədə yerləşən Sızran NEZ-i oldu. Dəqiqliyə görə Pilotsuz Sistemlər Qüvvələrinin və Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm", — deyə Zelenski qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) bəyan edib ki, Samara vilayətində "Rosneft" dövlət şirkətinə məxsus olan bu zavoda hücum mayın 21-nə keçən gecə Pilotsuz Sistemlər Qüvvələri ilə birgə təşkil edilib.

İllik emal gücü 8,5–9 milyon ton neft təşkil edən müəssisədə zərbələrdən sonra güclü yanğın başlayıb və göyə qara tüstü dumanı ucalıb.

Bu zavod mülki tələbatı ödəməklə yanaşı, Rusiya hərbi aviasiyasını, həmçinin ölkənin mərkəzi və cənub hissələrindəki hərbi hissələri yanacaqla təmin edir.

Müəssisədə istehsal olunan neft məhsulları Volqa çayı və Xəzər dənizi vasitəsilə ixrac olunur.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev Sızran şəhərinə PUA hücumunu təsdiqləyib və hadisə nəticəsində iki nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib. "Astra" nəşrinin məlumatına görə, yanğın zavodun texnoloji qurğularından birində qeydə alınıb.

"Reuters" agentliyinin təhlilinə əsasən, son iki həftə ərzində Ukrayna dronlarının ardıcıl zərbələri səbəbindən Rusiyanın mərkəzi hissəsindəki bütün iri neft emalı zavodları (Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavldakı müəssisələr daxil olmaqla) fəaliyyətini tamamilə dayandırmaq və ya istehsalı kəskin azaltmaq məcburiyyətində qalıb.
 

Hazırda tamamilə və ya qismən dayanan Rusiya NEZ-lərinin ümumi gücü illik 83 milyon tondan çoxdur (gündəlik təxminən 238 min ton). Bu isə Rusiya neft məhsulları ixracının təxminən dörddə bir hissəsinə (25%) bərabərdir.


Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə regionları və Xəzər dənizi üzərində ümumilikdə 121 Ukrayna PUA-sının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini iddia edib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO