ABŞ Senatı Prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qanun layihəsi İranla bağlı mümkün hərbi əməliyyatların Konqresin təsdiqi olmadan həyata keçirilməsinin qarşısını almağı nəzərdə tutur.
Sənədi 50 senator dəstəkləyib, 47 senator isə əleyhinə səs verib. Bildirilir ki, layihənin lehinə demokratların əksəriyyəti və dörd respublikaçı senator səs verib. Respublikaçıların böyük hissəsi və bir demokrat senator isə təşəbbüsə qarşı çıxıb.
Bizim.Media





































































































