Yaroslavldan Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı – PUA HÜCUMU

Yaroslavldan Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı – PUA HÜCUMU

Hazırda oxunan: Yaroslavldan Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı – PUA HÜCUMU

614042

Yaroslavl vilayəti Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Mixail Yevrayev özünün "Telegram" kanalında məlumat yayıb.
 

Qubernatorun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi məqsədilə Yaroslavl şəhərindən çıxışda, Moskva prospekti ilə Cənub-Qərb dairəvi yolunun kəsişməsindən etibarən Moskva istiqamətində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.


Sürücülərə qeyd olunan istiqamətdə səfərlərdən müvəqqəti olaraq çəkinmək tövsiyə olunur. Regionda PUA təhlükəsi elan edilib, yerli sakinlərə açıq əraziləri tərk etmək və yaxınlıqdakı binalarda daldalanmaq tapşırılıb. KİV-in məlumatına görə, hücum zamanı "Slavneft-YANOS" neft emalı zavodunun yerləşdiyi sənaye zonası hədəf alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO