Ərdoğan: “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq”

Ərdoğan: “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq”

Hazırda oxunan: Ərdoğan: “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq”

613863

Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu Atom Elektrik Stansiyası”nın işə salınması ölkənin elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə olacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir vilayətində çıxışı zamanı bu barədə danışıb.

“Yaxın aylarda biz “Akkuyu” AES-in ilk enerji blokunu işə salacağıq. Bütün aqreqatların istifadəyə verilməsi ilə bu stansiya ölkəmizin elektrik enerjisi ilə fasiləsiz və balanslı təminatına çox mühüm töhfə verəcəkdir”-deyə, o bildirib.

Onun sözlərinə görə, Türkiyədə günəş enerjisi hesabına xeyli miqdarda elektrik enerjisi istehsal olunur, külək turbinləri layihələri hazırlanır.

“Qaz sənayesinin, hidroenergetikanın və nüvə enerjisinin inkişafı yaşıl enerjinin bir hissəsidir və onun həyata keçirilməsinə töhfə verir. İndiyə qədər keçdiyimiz yol onu göstərir ki, biz bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına görə dünyanın ilk on ölkəsinə daxil olmağa hazırlaşırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO