Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Hazırda oxunan: Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

613436

Zelenski RF-nin Belarus ərazisindən NATO ölkəsinə hücum planları barədə bəyanat verib
Ukrayna lideri Volodimir Zelenski Rusiyanın Belarus ərazisindən NATO ölkəsinə hücum etməyi planlaşdırdığını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, Kiyev Mosvkanın Minski Ukrayna münaqişəsinə daha çox cəlb etmək cəhdlərini qeydə almağa davam edir.

"Rusiya Belarus ərazisindən cənub və şimal istiqamətlərində əməliyyat planlarını nəzərdən keçirir: ya Ukraynadakı Çernihiv-Kiyev istiqamətinə, ya da NATO ölkələrindən birinə qarşı...", – deyə Zelenski yazıb.

Prezidentin sözlərinə görə, o, müvafiq istiqamətin gücləndirilməsi və cavab planının təqdim edilməsi barədə tapşırıq verib. Bu plan Ali Baş Komandanlığın Qərargahında nəzərdən keçirilərək təsdiqlənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO