Dostunu xəstəxanaya çatdırdı, özü də həyatını itirdi... – FOTO

Dostunu xəstəxanaya çatdırdı, özü də həyatını itirdi... – FOTO

Hazırda oxunan: Dostunu xəstəxanaya çatdırdı, özü də həyatını itirdi... – FOTO

613302

Türkiyənin Manisa vilayətində 52 yaşlı Coşkun Burlu və yaxın dostu, 54 yaşlı Bülent Şen təxminən 15 dəqiqə fərqlə ürəktutmasından həyatını itirib.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, özünü pis hiss edən Coşkun Burlu yaxın dostu Bülent Şenə zəng edərək onu xəstəxanaya aparmasını istəyib. Qısa müddətdə dostunun yanına gələn Şen vəziyyətin ağır olduğunu görərək təcili tibbi yardıma məlumat verib.

Təcili yardım əməkdaşları hadisə yerinə çatana qədər Bülent Şen dostuna ürək masajı edərək onu həyatda saxlamağa çalışıb.
 

Ürək masajından sonra yenidən həyata qaytarılan Coşkun Burlu xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Dostunun ardınca xəstəxanaya gedən Bülent Şen isə təcili yardım şöbəsinin qarşısında xəbər gözləyərkən qəfil halı pisləşərək yerə yıxılıb.


Həkimlərin müdaxiləsinə baxmayaraq, Bülent Şenin də həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, yaxın dostlar təxminən 15 dəqiqə fərqlə dünyasını dəyişiblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO