Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Avropa tərəfi ilə danışıqlar prosesinə can atmır və Moskva bu məsələdə təşəbbüs göstərən tərəf olmaq niyyətində deyil.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı nazir vurğulayıb ki, Moskva dialoqa açıq olsa da, heç bir halda danışıqlar üçün “yalvarmayacaq” və ya öz mövqeyindən geri çəkilməyəcək.
Onun sözlərinə görə, Rusiyanın mövqeyi ölkə prezidenti Vladimir Putinin əvvəlki açıqlamalarında da aydın şəkildə ifadə olunub.
“Biz Avropa ilə hansısa danışıqlar prosesinə qoşulmağa çalışmırıq”, – deyə o vurğulayıb. Bundan əvvəl Putin Almaniyanın sabiq kansleri Gerhard Şröderi Avropa İttifaqı ilə dialoq üçün üstünlük verilən vasitəçi adlandırmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:34 / 15.05.2026
“Rusiya danışıqlar üçün Avropaya yalvarmayacaq” - Lavrov
Hazırda oxunan: “Rusiya danışıqlar üçün Avropaya yalvarmayacaq” - Lavrov
Hazırda oxunan: “Rusiya danışıqlar üçün Avropaya yalvarmayacaq” - Lavrov
613288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































