"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

Hazırda oxunan: "Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

613226

Yaponiya avtomobil nəhəngi "Honda" elektromobil bazarına qoyduğu investisiyaların özünü doğrultmaması səbəbindən son 70 ildə ilk dəfə zərərə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "BBC News" məlumat dərc edib.
 

Elektromobillərə olan tələbat şirkətin proqnozlaşdırdığı qədər yüksək olmayıb. Nəticədə "Honda" 2026-cı ilin martında başa çatan maliyyə ili üçün ümumilikdə 423 milyard ien (2,68 milyard dollar) əməliyyat zərəri barədə hesabat verib.


Şirkət həmçinin elektromobil istehsalı ilə bağlı bəzi planlarından imtina etdiyini bəyan edib. Xərcləri azaltmaq məqsədilə qiymətlərin daha aşağı olduğu Çindən ehtiyat hissələri alacaq.

Şirkət zərərin artmasına səbəb kimi ABŞ siyasətindəki dəyişiklikləri, o cümlədən amerikalı istehlakçılar üçün elektromobil alışı zamanı nəzərdə tutulan vergi güzəştlərinin ləğvini və tariflərin tətbiqini göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO