İran ABŞ-ın mümkün zərbələrindən qorumaq üçün hərbi və mülki təyyarələrini Pakistan və Əfqanıstana köçürə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İranın hərbi aviasiyası İslamabad yaxınlığında yerləşən Pakistanın "Nur Xan" hərbi hava bazasında görülüb. "CBS News" qeyd edir ki, oraya hərbi-nəqliyyat gəmisinin modifikasiya olunmuş versiyası olan "RC-130" kəşfiyyat təyyarəsi göndərilib.
Bundan əlavə, telekanal vurğulayır ki, "Mahan Air" aviaşirkəti donanmasının bir hissəsini hələ aktiv hərbi əməliyyatlar başlamazdan əvvəl Kabula yerləşdirib. İran səması bağlandıqdan sonra laynerlər Əfqanıstanda qalsa da, sonradan Pakistan-Əfqanıstan sərhədindəki toqquşmalar səbəbindən onlar Herat hava limanına köçürülüb.
"Taliban" hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid "CBS News" ilə söhbətində ölkədə İran təyyarələrinin olması barədə məlumatı təkzib edib.
Bizim.Media








































































































