Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək – Bill Qeytsin proqnozu

Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək – Bill Qeytsin proqnozu

Hazırda oxunan: Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək – Bill Qeytsin proqnozu

612103

Dünyanın 7 ən zəngin adamlarından olan amerikalı iş adamı Bill Qeyts süni intellekt dövründən “sağ çıxacaq” üç peşənin adını çəkib.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, B.Qeytsin qənaətinə görə, 10 ildən sonra süni intellekt əksər peşələri əvəz edəcək, lakin aşağıdakılar qalacaq:

Proqramçılar – onlar neyron şəbəkələrinin saxlanılması və təkmilləşdirilməsi üçün vacibdirlər.

Enerji mühəndisləri – insan təcrübəsi strateji qərarlar və böhranların idarə olunması üçün vacibdir.

Alimlər (xüsusilə bioloqlar) – elmi kəşflərdə yaradıcılıq və intuisiya hələ süni intellekt üçün əlçatan deyil.

Qeyd edək ki, 1995–2017-ci illər arasında on səkkiz dəfə dünyanın ən varlı adamı adını daşımış, sərvəti 1999-cu ildə yüz milyard dolları aşaraq, tarixdə ilk sentimilyarder adını qazanmış B.Qeyts hazırda "Forbes" jurnalının milyarderlər siyahısında yeddinci pillədə qərarlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO