İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Hazırda oxunan: İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO
611655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Müdafiə Qüvvələri (SAXAL) bir israil hərbçisinin Livanda Məryəm ana heykəlinə siqaret yapışdıraraq ona qarşı hörmətsizlik etdiyini əks etdirən fotoşəkillə bağlı insidenti qınayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"SAXAL vurğulayır ki, əsgərin davranışı şəxsi heyətdən gözlənilən dəyərlərə tamamilə ziddir", — deyə bəyanatda qeyd olunur.

Qurum fotoşəkilin bir neçə həftə əvvəl çəkildiyini müəyyən edib. Mətbuat xidmətindən bildirilib ki, hadisənin halları ətraflı araşdırılacaq və təhqiqatın nəticələrinə əsasən hərbçi məsuliyyətə cəlb olunacaq.
 

SAXAL ordunun "din və ibadət azadlığına, eləcə də bütün dinlərin və icmaların müqəddəs yerlərinə və dini simvollarına hörmət etdiyinə" dair zəmanət verib. 


Bəyanatda həmçinin qeyd olunub ki, İsrail hərbçiləri Livanın cənubunda terror infrastrukturuna qarşı mübarizə aparır və dini simvollara zərər vurmağı planlaşdırmırlar.

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO